ABŞ-nin “maaş ikona”sı dünyasını dəyişdi
Məşhur amerikan aktivist Lilli Ledbetter şənbə günü 86 yaşında dünyasını dəyişib.
Ajans.az xəbər verir ki, onun öldüyünü ilk olaraq “AL.com” yayıb. L. Ledbetter ailəsi və yaxınlarının əhatəsində dinc şəkildə vəfat edib.
Onun bu qədər məşhur olmasının və ölümünə xeyli reaksiya gəlməsinin səbəbi vaxtında etdiyi layihədir. Belə ki, amerikan fəal sayəsində 29 yanvar 2009-cu ildə Ədalətli Ödəniş Aktı imzalanıb. Hətta bu Obamanın prezident olduqdan sonra imzaladığı ilk qanun layihəsi idi. Sözügedən akt maaş ayrı-seçkiliyi ilə bağlıdır. Akt imzalandıqdan sonra qadınlar da kişilərlə eyni maaşı almaq üzrə mübarizə apara bilib. Həmin dövrdə Ədalətli Ödəniş Aktı ölkədə xeyli səs-sədaya səbəb olub.
Fəalın ölümü mətbuatda və sosial şəbəkələrdə də geniş şəkildə yayılıb. Hətta media onu “maaş ikonası”, “bərabərlik çempionu”, “ədalət kraliçası” və s. adlandırır.