ABŞ-də təyyarə ilə vertolyotun toqquşması təxminən 90 metr yüksəklikdə baş veribmiş
Vaşinqton yaxınlığındakı Ronald Reyqan hava limanı üzərində səmada sərnişin təyyarəsinin hərbi helikopterlə toqquşması təxminən 90 metr yüksəklikdə baş verib.
Ajans.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” təyyarənin yerləşdiyi yerə dair məlumatlara istinadən məlumat yayıb. "Toqquşma təxminən 300 fut hündürlükdə baş verib", - məlumatda deyilir.
Xatırladaq ki, American Airlines şirkətinə məxsus təyyarə Kanzasdan Vaşinqtona uçurdu. Təyyarədə 60-dan çox sərnişin və dörd ekipaj üzvü olub. Qəza zamanı təyyarə bir neçə hissəyə səpələnib və dağıntılar 1,5-2,5 metr dərinliyə düşüb.
Black Hawk hərbi vertolyotu təlim uçuşu həyata keçirirdi. Qeyd olunur ki, gəmidə komandanlığın nümayəndələri olmadan cəmi üç hərbçi olub.