50 ildən sonra əfsanəvi döyüşçü Bruce Lee-nin ölüm səbəbi AÇIQLANDI
Bruce Lee'nin ölümü döyüş sənəti ustası və Hollivud ulduzu olaraq qazandığı şöhrət qədər sirli və müzakirəlidir. O, 20 iyul 1973-cü ildə Honq Konqda 32 yaşında gözlənilmədən dünyasını dəyişib. Bu hadisə dünya mətbuatında və cəmiyyətdə geniş rezonans doğurub.
Ajans.az-ın verdiyi xəbərə görə, onun ölüm səbəbi ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur:
Rəsmi tibbi hesabatlara görə, Bruce Lee beyin ödemindən (beyində şişkinlik) vəfat etmişdir. Şişkinliyin səbəbi isə aktrisa Betty Ting Pei-nin evində qəbul etdiyi "Equagesic" adlı ağrıkəsici dərmanla əlaqələndirilmişdir. Dərman allergik reaksiyaya səbəb olmuş və beyində ödemə gətirib çıxarmışdır
Onun ölüm səbəbi ilə bağlı bir sıra fərziyyələr də irəli sürülüb:
Bəzi nəzəriyyələrdə onun rəqibləri tərəfindən zəhərləndiyi iddia olunur. Bruce Lee-nin "ölüm zərbəsi" (Dim Mak) təcrübələrinə görə ölməsi haqqında miflər də mövcuddur. Bəzi insanlar onun ölümünü ailəsinə "qarğış" olaraq görürdü, çünki oğlu Brandon Lee də illər sonra film çəkilişində faciəvi şəkildə həlak olmuşdu.
50 ildən sonra araşdırmalarda onun ölümünün susuzluq səbəbindən yarandığı ehtimal edilir. Bruce Lee-nin çoxlu miqdarda su içməsi nəticəsində bədənində elektrolit balansı pozulmuş və bu beyin ödeminə səbəb ola bilərdi
Bruce Lee-nin ölümü hələ də müzakirə mövzusudur və onun əfsanəvi həyatını əhatə edən sirr davam edir. O, döyüş sənətində inqilab yaratmış və kino tarixində silinməz iz qoymuş bir şəxsiyyət olaraq yaddaşlarda yaşayır.