46 il sonra cinayətin üstü belə açıldı - TƏFƏRRÜAT/FOTO

ABŞ-də 46 il əvvəl Massaçusets ştatında gənc oğlan və qızı öldürən Florida ştatından olan 71 yaşlı kişi müəyyən edilərək tutulub.
Ajans.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib. Timoti Coli oktyabrın 30-da “Clearwater” şəhərində həbs edilib.
İstintaq müəyyən edib ki, 1978-ci il noyabrın 19-da ölkənin o biri tərəfində 18 yaşlı Tereza Marko və 20 yaşlı Mark Harnişə hücum edən məhz o olub. Gənclər Vest Spriqfild şəhəri yaxınlığındakı təpədə güllə yaraları ilə tapılıb. Artıq onlara kömək etmək mümkün olmayıb.
Polis gənclərin maşında olarkən güllələndiyini öyrənib. Yerli sakinlər səhər saat dörd radələrində atəş səsləri eşitdiklərini bildirib. Müstəntiqlər sərnişin qapısında nə Mark, nə də Harnişə aid olmayan bir barmaq izini tapıb. Lakin cinayətkar heç vaxt tutulmayıb. İndi isə o barmaq izinin Timoti Coliyə aid olması müəyyənləşib.