37 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edildi

37 Azərbaycan vətəndaşı Almaniyadan geri
Dövlət Miqrasiya Xidməti
Hadisə 27-11-2024 - 18:47

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 26 noyabr tarixində Azərbaycan Respublikası vətəndaşı olan 37 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.

Bu barədə Ajans.az- a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

PAYLAŞ: