3 dövlət Cənubi Qafqaz uğrunda müharibəyə hazırlaşır - İlk hədəf açıqlandı

3 dövlət Cənubi Qafqaz uğrunda müharibəyə hazırlaşır -
Cənubi Qafqaz
Dünya 26-11-2024 - 14:40
 5657

Qərb MDB ölkələri arasında müttəfiqlik münasibətlərinə kobud şəkildə müdaxilə etmək cəhdlərini dayandırmayacaq.

Ajans.az xəbər verir ki, bunu Rusiya FSB-nin direktoru Aleksandr Bortnikov Birlik ölkələrinin təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərlərinin Moskvada keçirilən görüşündə bildirib. O, xəbərdarlıq edib ki, təxribatlara hazır olmaq lazımdır.

Birləşmiş Ştatlar, Böyük Britaniya və onların müttəfiqləri MDB çərçivəsində müttəfiqlik münasibətlərinə kobud müdaxilə etməyə, inteqrasiya proseslərinə mane olmağa və birlik məkanının təhlükəsizliyini və sabitliyini təmin etmək üçün birgə hərəkətlərimizi gözdən salmağa cəhd göstərəcəklər”, - Bortnikov bildirib.

Rusiya lideri Vladimir Putin MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 20-ci iclasının iştirakçılarına müraciətində Birlik dövlətlərində və qonşu regionlarda vəziyyətin sabitliyinin pozulmasının qarşısının alınmasının vacibliyini qeyd edib. O, mövcud geosiyasi gərginlik şəraitində MDB ölkələrinin kəşfiyyat xidmətləri arasında konstruktiv qarşılıqlı fəaliyyətin zəruri olduğunu vurğulayıb.

Daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirmişdi ki, MDB-yə üzv ölkələr digər dövlətlərin informasiya və kiber məkanına nəzarəti bərqərar etməyə yönəlmiş Qərb ekspansiyasına qarşı mübarizədə səylərini daha sıx əlaqələndirməlidirlər . Onun fikrincə, bu, “əslində rəqəmsal köləlik haqqındadır”.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: