24 ölkədə qadağan olunan məhsul Azərbaycana GƏTİRİLİR - Sağlamlığınız TƏHLÜKƏDƏDİR!

24 ölkədə qadağan olunan məhsul Azərbaycana GƏTİRİLİR -
Palma Yağı
Cəmiyyət 23-10-2024 - 13:28
 1070

Palma yağına qarşı mübarizə qlobal miqyasda genişlənir. Çoxsaylı ekoloji və sağlamlıq narahatlıqları səbəbilə bir çox ölkə bu yağın istifadəsinə məhdudiyyətlər qoyur və ya tamamilə qadağan edir. Palma yağının istehsalı meşələrin qırılmasına və ekosistemlərin məhv edilməsinə səbəb olduğuna görə bəzi ölkələr sərt tədbirlər görürlər.

Avropa İttifaqı (Aİ), Norveç, Fransa, Belçika, Almaniya, İngiltərə, İtaliya kimi inkişaf etmiş ölkələr palm yağının qida və bioyanacaq istehsalında istifadəsini məhdudlaşdırıblar. Bu ölkələr ekoloji zərərlər və meşə qırılması ilə əlaqədar olan palma yağının idxalına və istehsalına ciddi tənzimləmələr tətbiq edir. Eyni zamanda, Şri-Lanka palma yağının istehsalını tamamilə qadağan edərək, palma ağaclarının kəsilməsini tələb edir. Hindistanın bəzi əyalətlərində isə palma yağının istifadəsinə məhdudiyyətlər tətbiq edilib. Qlobal səviyyədə palma yağına qarşı mübarizə davam edir, və bu prosesə daha çox ölkə qoşulmaqdadır.

Palma yağının istifadəsi ilə bağlı qadağa və məhdudiyyətlər qoyulan ölkələrin siyahısı genişlənir və müxtəlif səbəblərdən fərqli yanaşmalar tətbiq olunur.

Palma yağı hansı ölkələrdə qadağan olunub?

Sözügedən yağ İsveç, Fransa, Almaniya, İngiltərə, İtaliya, Norveç və bunun kimi ümumilikdə 24 ölkədə qadağan edilib. Bu ölkələrdə palm yağı əsasən ekoloji səbəblərə, meşələrin qırılması və sağlamlıq problemlərinə görə məhdudlaşdırılır və ya qadağan olunur. Palma yağına qarşı qlobal səviyyədə ciddi tədbirlər görülməyə davam edir.

Azərbaycanda palma yağı ilə bağlı vəziyyət dünyada olduğu kimi geniş şəkildə müzakirə mövzusu olmasa da, bəzi məqamlara diqqət çəkilməkdədir. Palma yağı əsasən qida sənayesində istifadə olunur və ölkəyə idxal edilən məhsullarda da geniş yer tutur. Bununla belə, palma yağının sağlamlığa zərərləri və ekoloji təsirləri ilə bağlı narahatlıqlar artır.

Palma yağı əsasən ucuz olması səbəbindən qida istehsalında geniş istifadə olunur, lakin bu yağın uzunmüddətli istifadəsinin ürək-damar xəstəliklərinə və sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə beynəlxalq səviyyədə məlumatlar yayılıb. Azərbaycanda da bəzi mütəxəssislər və qida sənayesi nümayəndələri bu yağa alternativ yağların istifadəsini tövsiyə edirlər.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Ajans.az-a açıqlamasında bildirib ki, Azərbaycanda palma yağı ilə bağlı hazırkı vəziyyət hələlik ciddi tənzimləmələrlə müşayiət olunmur, lakin dünya miqyasında mövcud narahatlıqlar ölkədə də müzakirə olunmağa başlayıb:

“Ölkəmizdə satılan malların üzərində Palma yağının olduğunun yazılması istiqamətində AİB-in çox böyük rolu olub. Biz AQTA-ya məlumat vermişik ki, xarici ölkələrdən gətirilən spred yağların üzərinə həmin yağın olduğu yazılsın. Bir neçə yağ nümunəsi barədə AQTA-ya məlumat vermişik və nail olmağa çalışmışıq ki, yağın mənbəyi yazılsın. İstehlakçının məlumat almaq hüququ var, buna görə də, bu açıq yazılmalıdır”. 

AİB rəsmisi qeyd edib ki, palma yağı haqqında danışılanların böyük bir hissəsi yanlış informasiyadır. Onun sözlərinə görə, palma yağı bir çox ölkələrdə istifadə olunur, hətta bəzi  Avropa ölkələrində açıq şəkildə satılır:

Eyyub Hüseynov“Palma yağı iki cür hazırlanır. Biri onun meyvəsindən, digəri isə onun toxumlarından. Onun toxumlarında hazrılanılan qida üçün deyil. Sənaye üçün nəzərdə tutulub. Meyvəsindən hazırlanan yağlar qida üçündür. Palma yağı daha çox müsəlman ölkələrdə - Malayziya, İndoneziyada əsasən istifadə olunur. Bu yağ ucuz və müsəlman ölkələrdə istifadə olunduğu üçün MDB bazarına girməmək üçün onlara qarşı böyük media basqısı mövcuddur.”

Eyyub Hüseynov bildirib ki, Avropa ölkələrindən də palma yağına ciddi basqılar var. İllər boyudur bu yağ Azərbaycana gətirilir. Onun sənaye üçün olan versiyasının ölkəmizə gətirildiyini düşünmürəm. AQTA buna nəzarət edir. Amma hər bir halda diqqətli olmaq lazımdır. Palma yağını istehsalçı istəyər alar, istəsə almaz. Sadəcə olaraq onun bitki yağı adı altında əyani satılmasının əleyinəyik.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: