2025-ci il sonun başlanğıcı olacaq: iki qitə bir-birinə girir - 50 il sonra AÇIQLANDI

2025-ci il sonun başlanğıcı olacaq: iki qitə bir-birinə girir -
Baba Vanqan
Cəmiyyət 30-11-2024 - 10:32
 499

Balkanların Nostradamusu kimi tanınan Baba Vanqanın 2025-ci illə bağlı bir çox proqnozları ortaya çıxıb. ABŞ-da 11 sentyabr terror aktları, İŞİD-in ortaya çıxması, Brexit, şahzadə Diananın ölümü və Barak Obamanın ABŞ prezidenti seçilməsi kimi mühüm hadisələri qabaqcadan gördüyü iddia edilən Baba Vanqa 2025-ci ili sonun başlanğıcı olaraq proqnozlaşdırmışdı.

Ajans.az verdiyi xəbərə görə, 1911-ci ildə Bolqarıstanın kiçik bir kəndində anadan olan və 12 yaşında qasırğa zamanı görmə qabiliyyətini itirən Baba Vanqa gələcək hadisələri qabaqcadan görmək qabiliyyəti ilə tanınıb.  

Məşhur görücü Britaniya şahzadəsi Diananın ölümü, Rusiyanın “Kursk” sualtı qayığının batması, 11 sentyabr terror aktları, İŞİD-in güclənməsi və “Brexit” səsverməsi də daxil olmaqla çoxsaylı proqnozlar verib.

1996-cı ildə vəfat etməsinə baxmayaraq hər il gələcəklə bağlı yeni proqnozları ortaya çıxan Baba Vanqanın 2025-ci il üçün gördüklərini açıqlanıb. 

Bolqar peyğəmbərin sözlərinə görə, 2025-ci il Avropada qitə əhalisinə təsir edəcək münaqişə ilə başlayacaq. Bu apokalipsislə nəticələnəcək hadisələrin başlanğıcı olacaq.

2025-ci il insan şüurunun sirlərini açacağımız il ola bilər. Baba Vanqanın fikrincə, telepatiya elmi fantastika dünyasından çıxıb reallığa çevrilə bilər. Məşhur görücü, elm adamlarının birbaşa ünsiyyət üçün beyin dalğalarından istifadə etməyin bir yolunu kəşf edəcəyini iddia edirdi.

Baba Vanqa gələn il yad canlılarla əlaqənin qurulacağını və bunun ən qəribə şəraitdə böyük idman yarışı zamanı baş verəcəyini proqnozlaşdırır. 

Son illərdə Formula 1-də ən böyük transfer hərəkətlərindən biri Lyuis Həmiltonun 2025-ci ildən etibarən Mercedes-i tərk edərək Ferrari ilə yarışmağa başlamasıdır. 11 mövsüm Mercedes-də yarışan və karyerasında 7 dünya çempionluğu olan Lyuis Həmilton 2025-ci il mövsümündən etibarən Ferrari üçün yarışacaq. Baba Vanqanın proqnozlarına görə, F1-in britaniyalı pilotu Lyuis Həmilton bu il Ferrari ilə səkkizinci Dünya Çempionatını qazanacaq.

Məşhur görücü 2025-ci ildə tibbi inqilab olacağını proqnozlaşdırmışdı. Baba Vanqanın sözlərinə görə, alimlər laboratoriyalarda insan orqanlarını istehsal edə biləcəklər. Əgər proqnoz gerçəkləşərsə, orqanlar uzun gözləmə siyahıları və riskli prosedurlar olmadan transplantasiyaya hazır olacaqlar.

Nəhayət, Baba Vanqa enerji dünyasında yeni və sirli bir kəşfin olacağını proqnozlaşdırıb. 2025-ci ildə elm adamlarının az qala fövqəltəbii görünən bir enerji mənbəyi ilə qarşılaşacağı iddia edilib.

PAYLAŞ: