Yevlaxda dəhşət! Hasar uçdu: 20 YAŞLI QADIN ÖLDÜ

Yevlaxda dəhşət! Hasar uçdu:
Hadisə 08-03-2025 - 18:40
 428

Yevlaxda üzərinə daş hasar uçan 20 yaşlı qadın dünyasını dəyişib.

Ajans.az bildirir ki, hadisə şəhərin köhnə internat məktəbi ərazisində qeydə alınıb. Anası ilə su gətirməyə gedən Nərmin Hüseynova qəzalı binaya daxil olub, geri qayıdarkən daş hasar onun üzərinə aşıb. Gənc qadın hadisə yerində dünyasını dəyişib.

“Qəzalı binalarda yaşayırıq. Qızımla su gətirməyə getmişdik. Bir-iki addım atmışdım ki, birdən balamın qışqırığını eşitdim. Gəlib gördüm ki, qızım ölüb. Uşağının bu ayın 12-də bir yaşı olacaq, balam həvəslə ona hazırlaşırdı”, – N.Hüseynovanın anası söyləyib.

Baş verən hadisə ilə bağlı araşdırmalar davam edir. 

PAYLAŞ: