14 ABŞ ştatı Tramp və Maskı məhkəməyə verir

14 ABŞ ştatı Tramp və Maskı
Tramp, Mask
Siyasət 14-02-2025 - 12:14

14 ştat amerikalı sahibkarı ölkə Konstitusiyasını pozmaqda ittiham edərək, ABŞ prezidenti Donald Tramp və yeni Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Maska qarşı federal iddia qaldırıb.

Ajans.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

Telekanal iddianın mətninin bir hissəsindən sitat gətirir:

Ştatların iddiası ondan ibarətdir ki, Mask belə “geniş səlahiyyətlərə” malik olsa da, Tramp tərəfindən formal olaraq hökumət vəzifəsinə təyin edilməyib və Senat tərəfindən təsdiqlənib ki, bu da ABŞ Konstitusiyasının 2-ci maddəsinin 2-ci bölməsinin 2-ci bəndini, Təyinatlar bölməsini pozur. Onu “xaosun səlahiyyətli agenti” də adlandırırdılar.

Telekanalın qeyd etdiyi kimi, Vaşinqtonda federal məhkəmədə iddianı Nyu-Meksiko ştatının baş prokuroru Raul Torres, həmçinin Arizona, Miçiqan, Merilend, Minnesota, Kaliforniya, Nevada, Vermont, Konnektikut, Rhode Island, Massaçusets, Oreqon, Vaşinqton və Havaydan olan rəsmilər qaldırıb. Qeyd olunur ki, Nevada və Vermont ştatlarını respublikaçı qubernatorlar idarə edir.

 

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: