100 minlik ordu döyüşə gəlir: Böyük "QIRĞIN"A bir ay qaldı

100 minlik ordu döyüşə gəlir:
Müharibə
Dünya 21-11-2024 - 14:11
 1284

Rusiya-Ukrayna müharibəsi yeni və daha təhlükəli mərhələyə daxil olub. ABŞ Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə verdikdən sonra, Ukrayna ordusu ilk dəfə Britaniyanın “Storm Shadow” raketləri ilə Rusiya ərazisini bombalayıb. Məlumata görə, Ukrayna müxtəlif istiqamətlərə ümumilikdə 12 raket atıb. Kursk vilayətində “Storm Shadow” raketinin qalıqları aşkar edilib, eyni zamanda, Yeisk üzərində iki raket zərərsizləşdirilib.

Bu hücumlar müharibənin gedişatında ciddi dəyişikliklərə səbəb ola bilər və tərəflər arasında gərginliyi daha da artırır. ABŞ-ın dəstəyi və Ukraynanın hücumlarının artması Rusiyanın necə cavab verəcəyini diqqət mərkəzinə gətirir.

Bundan əlavə KİV-də yayılan bir digər iddia odur ki, Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etmək üçün 100 minə qədər hərbçi yerləşdirə bilər. Bu, Pxenyan və Moskva arasında müttəfiqliyin dərinləşməyə davam edəcəyi təqdirdə mümkündür.
Maraqlıdır, baş verən hadisələr necə cərəyan edəcək, Rusiya hansı halda nüvə silahından istifadə edə bilər?

Məsələ ilə bağlı danışam politoloq Elçin Xalidbəyli Ajans.az-a bildirib ki, Tramp administrasiyası seçkilərdə qalib gəlməzdən əvvəl əsas məqsədinin Rusiya-Ukrayna müharibəsini dayandırmaq olduğunu bildrimişdi, lakin indi vəziyyət dəyişir:

“Tramp ABŞ-dakı seçkilərdən əvvəl Macarıstanın baş naziri Viktor Orbanın vasitəsilə Ukrayna-Rusiya savaşının dayandırılması uğrunda ilkin addımları atmağa başlamışdı. Orban həm Rusiyaya, həm də Çinə səfər edib onların mövqeyini öyrənmişdi. Daha sonra Orban ABŞ-yə səfər edib Trampa mövcud stuasiyanı çatdırmışdı. Bu da həm Ağ evdə, həm də Aİ-də ciddi narazılığa səbəb olmuşdu. Tramp seçildikdən sonra onun yaxın adamları Kreml təmsilçiləri ilə görüşməyə başlamışdı”.

Politoloq qeyd edib ki, Ukrayna savaşının davam etdirilməsində maraqlı olan bəzi Qərb siyasi dairələri  anladılar ki, vəziyyət kifayət qədər ciddidir. Onun sözlərinə görə, artıq Qərb anlayıb ki, Tramp yanvarda and içib hakimiyyətə gələn kimi bu savaş dayandıra bilər:

Elçin Xalidbəyli

“Buna görə də onlar əvvəlcə Bayden üzərindən Ukraynanın Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazə verdilər. Burda da əsas məqsəd ondan ibarətdir ki, yanvarın 20-də Trampın andiçmə mərisimindən sonrakı vaxta qədər elə bir qəliz stuasiya yaratmaq istəyirlər ki, həmin vaxtdan sonra Rusiya-Ukrayna savaşının dayandırılması mümkün olmasın. Müşahidələr onu göstərir ki, bu niyyətdə olan başda Bayden administrasiyası olmaqla Qərb siyasi dairələrinin verdiyi qərarlar yaxın zamanda III Dünya müharibəsinin başlamasına qədər gedib çıxa bilər”.

Elçin Xalidbəyli əlavə edib ki, Rusiyanın NATO və Qərb ölkələri ilə müharibə aparmaq potensiyalı yoxdur. Bunun da ən böyük təhlükəsi ondan ibarətdir ki. III Dünya müharibəsi başlayarsa və Rusiya məğlub olduğunu anlayarsa, dərhal nüvə savaşına başlayacaq. Rusiyanın da nüvə savaşına başlaması ümumi dünyanın sonu ola bilər.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: