Zelenski Belçikanın baş naziri ilə GÖRÜŞDÜ

Dünya
06-03-2025 - 16:31
Vladimir Zelenski Brüsseldə Belçikanın Baş naziri Bart de Vever ilə görüşüb.
Ajans.az xəbər verir ki, bu barədə Ukrayna lideri “Telegram”da məlumat verib.
“Mən hökumətə və bütün belçikalılara F-16 təyyarələrinin təhvil verilməsi də daxil olmaqla göstərilən köməyə görə təşəkkür etdim. O, ədalətli sülhü yaxınlaşdırmaq üçün Avropa planının hazırlanması barədə məlumat verdi və baş naziri bu işdə iştirak etməyə dəvət etdi”, - deyə Zelenski yazıb.
Şahanə Paşazadə
Vəzifəsi: Müxbir