Zaxarova Zelenskini ələ saldı
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova beş il ərzində Ukraynada hansı dəyişikliklərin baş verdiyini açıqlayıb.
Ajans.az xəbər verir ki, o, "telegram" kanalında dəyişməz qalan yeganə şeyin adını çəkib.
Diplomat qeyd edib ki, Zelenski hakimiyyətə gələndən bəri ölkə dağıdılıb, minlərlə insan həyatını itirib. Bundan əlavə, onun sözlərinə görə, bu müddət ərzində "kokain dağları iylənib". Eyni zamanda, yalnız bir şey dəyişməz qalıb - "qələbə" sözündə iki əlavə hərf.
Daha əvvəl Zaxarova Zelenskinin “qələbə planını” “nasistlərin dodaqlarında qanlı köpük” adlandırmışdı. O, qeyd edib ki, bu sənəd Ukraynanın NATO- ya dəvət olunması ilə bağlı növbəti isteriyadır.