Zaqatalada şəhid ailəsində FACİƏ: Anası və bacısı qazdan zəhərləndi
Zaqatalada dəm qazından zəhərlənən ana və qızın şəhid ailəsindən olduğu məlum olub.
Ajans.az lent.az-a istinadən xəbər verir ki, dəm qazı zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən Naimə İrapova və qızı, 15 yaşlı Havva İrapova Vətən müharibəsi şəhidi İsmayıl İrapovun anası və bacısıdır.
***
11:17
Zaqatalada ana və qızı qazdan zəhərlənib.
Ajans.az-ın məlumatına görə, hadisə Əliabad qəsəbəsində baş verib.
41 yaşlı İrapova Nayimə və qızı 15 yaşlı Havva yaşadıqları evdə dəm qazından zəhərlənərək, xəstəxanaya yerləşdiriliblər.
Araşdırma aparılır.