"Youtube" cərimələndi - SƏBƏB

"Youtube" cərimələndi -
Youtube
Dünya 20-02-2025 - 14:19

Taqanski Rayon Sülh Məhkəməsi YouTube video hostinq xidmətini cərimələyib.

Ajans.az xəbər verir ki, bu barədə Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin rəsmi Telegram kanalının mesajında ​​deyilir.

“YouTube MMC” İnzibati Xətalar Məcəlləsinin (İXM) 13.31-ci maddəsinin 5-ci hissəsini pozmaqda təqsirli bilinib. Videohostinq xidməti internetdə məlumatların yayılmasının təşkilatçısı kimi üzərinə düşən vəzifələri yerinə yetirməməkdə ittiham edilib.

Məhkəmə “YouTube”a 80 min rubl cərimə kəsib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: