Yevlax-Zaqatala yolunda maşınlar toqquşub -Yaralanan var

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunda qəza baş verib.
Ajans.az xəbər verir ki, hadisə magistralın Zaqatala rayonunun Yuxarı Tala kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayon sakinləri olan 2000-ci il təvəllüdlü Emil Qurbanovun və 1995-ci il təvəllüdlü Elvin Məmmədovun idarə etdiyi minik avtomobilləri toqquşub.