Yeni virus gəlir - Pandemiya olacaq

Yeni virus gəlir -
Virus
Sağlamlıq 29-11-2024 - 18:56

İmmunoloq Nikolay Kryuçkov xəbərdarlıq edib ki, növbəti beş ildə yeni bir virusun pandemiyası başlaya bilər.

Ajans.az xəbər verir ki, o, Moskva xəbər agentliyi ilə söhbətində yeni pandemiya riskindən danışıb.

Kryuçkovun sözlərinə görə, pandemiya iki-beş il ərzində başlaya bilər:

“Məncə, quş qripi virusu ən çox ehtimal olunan ortamüddətli perspektivə malik növbəti pandemiyanın mümkün mənbəyidir.

İmmunoloq əlavə edib ki, bu virus insandan insana ötürülmədiyi üçün heç bir böyük epidemiya yoxdur. Bununla belə, Kryuçkovun fikrincə, bu, zaman keçdikcə dəyişəcək, çünki virus bu maneəni dəf edir. İmmunoloq onu da diqqətə çatdırıb ki, quş qripi epidemiyası artıq müntəzəm olaraq baş verir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: