Yasamalın bəzi ərazilərində qaz olmayacaq

Yasamalın bəzi ərazilərində
Qaz
Cəmiyyət 17-03-2025 - 09:36

Bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Ajans.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Yasamal rayonu, Landau küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə martın 17-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Ə.Ələkbərov, M.Rahim, A.Sultanova, H.Cavid, K.Kazımzadə küçələrində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

PAYLAŞ: