FHN Xidmət rəisi, general-leytenant VƏZİFƏSİNİ İTİRDİ-ÖZƏL

FHN Xidmət rəisi, general-leytenant
general-leytenant
Gündəm 11-03-2025 - 15:55
 3157

Ajans.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Etibar İsmayılov təqaüdə göndərilib.

Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərov bu gün səhər əmrə imza atıb.

Ajans.az-ın əldə etdiyi məlumata görə Etibar İsmayılovun təqaüdə göndərilməsinə səbəb xidmət rəisinin fəaliyyətində yol verdiyi nöqsanlar olub. Onun rəis olduğu dövr ərzində artan narazılıq və intriqalar xidmət rəsinin 58 yaşında təqaüdə göndərilməsi ilə nəticələnib

Əldə etdiyimiz məlumata görə Xüsusi Riskli Xilasetmə Xidmətində baş verən nöqsanlar Etibar İsmayılovla bağlı narazılıq formalaşdırıb.

Etibar İsmayılovun nazirin qəbuluna düşməsinə də icazə verilməyib. Konkret nazir və nazir müavinləri ilə əlaqədən məhrum edilən xidmət rəisi bu gün səhər 58 yaşında təqaüdə göndərilib.

PAYLAŞ: