Xəzərin cənubunda güclü ZƏLZƏLƏ BAŞ VERDİ

Xəzərin cənubunda güclü
Gündəm 13-12-2024 - 23:55

İranın şimal əyaləti Mazandaranda güclü zəlzələ olub.

Ajans.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ Bakı vaxtı ilə 22:28-də Xəzər dənizinin cənub sahilində qeydə alınıb.

4,6 bal gücündə qeydə alınan yeraltı təkanın dərinliyi 35 km təşkil edib.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.

PAYLAŞ: