Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapıldı - Foto

Xəzərdə itkin düşən balıqçılardan
Gündəm 02-02-2025 - 12:33

Xəzər dənizinin Lənkəranın Siyavar kəndinə düşən sahilində meyit aşkarlanıb.

Ajans.az  Report-a istinadla xəbər verir ki, meyitin bir müddət əvvəl itkin düşən balıqçılardan biri Nazim Abbasova aid olduğu deyilir.

Qeyd edək ki, yanvarın 14-də balıq tutmaq məqsədilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxıblar və itkin düşüblər.

PAYLAŞ: