Windows 11-də kritik boşluq aşkar edildi

Windows 11-də kritik boşluq
Windows 11
Maraqlı 17-12-2024 - 14:27

Microsoft şirkəti Windows 11-də Windows Defender antivirusunda kritik xətanın olduğunu etiraf edib.

Ajans.az xəbər verir ki, bu barədə Forbes məlumat yayıb.

Media jurnalistləri dekabrın 12-də Microsoft CVE-2024-49071 identifikatoru altında izlənilən kritik boşluqdan danışıb. Boşluq daxili Windows Defender proqramına təsir edir və potensial olaraq təcavüzkarlara həssas məlumatları oğurlamağa imkan verir.

Microsoft mühəndisləri bildirib ki, xəta aşkarlanıb, lakin istifadəçilər narahat olmasın və heç bir tədbir görməsinlər. Şirkət izah edib ki, problem Microsoft server tərəfində həll olunub.

Şirkət həmçinin izah edib ki, xəta səbəbindən Windows Defender xidməti icazəsiz istifadəçilərin əldə edə biləcəyi şəxsi və ya məxfi sənədlərin indeksini yaradıb. Bununla belə, ekspertlərin bir dənə də hakerlik hadisəsindən xəbəri yoxdur.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: