Vəzifəli şəxs VƏFAT ETDİ
“Azərbaycan Dəmir Yolları” QSC-də rəhbər vəzifədə çalışmış Xeyrullah Hümbətov vəfat edib.
Ajans.az xəbər verir ki, o, bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Hümbətov Xeyrullah İman oğlu ADY-də Arif Əsgərovun rəhbərliyi dönəmində onun müavini kimi çalışıb. O, daha sonra Yeni Azərbaycan Partiyasının ADY üzrə təşkilatın sədri olub.