Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev kibertəhlükəsizliklə bağlı xəbərdarlıq edib.
Ajans.az xəbər verir o, bu barədə feysbuk hesabında paylaşım edərək diqqətli olmağın vacibliyini vurğulayıb.
“Qardaşdır, bacıdır, atadır, anadır? Yox, zəng edən o olmaya bilər. Hər kəs diqqətli olmalıdır. Kibertəhlükə sərhəd tanımır", – deyə Elşad Hacıyev bildirib.
Qeyd edək ki, son vaxtlar kiberfırıldaqçılıq halları artıb. Mütəxəssislər şəxsi məlumatların qorunmasına diqqət yetirməyi tövsiyə edirlər.