Vətəndaş kömək istəyir: "Saatlıda özbaşınalıq edirlər" - VİDEO
Saatlı rayon Meliorasiya İdarəsinin texnikalarının qanunsuz qazıntı işləri apardığına dair sosial şəbəkələrdə məlumatlar yayılıb.
Ajans.az xəbər verir ki, şikayətçinin bildirdiyinə görə, idarə təyinatı örüş üçün nəzərdə tutulmuş torpaq sahəsində qanunsuz qazıntı işləri həyata keçirib. Bu qanunsuz fəaliyyət nəticəsində örüş sahəsinin əhəmiyyətinin azaldığını və ətraf mühitə ziyan vurulduğu bildirilib.
Vətəndaş bu məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəhbəri Zaur Mikayılova və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müraciət edib. Onlar bu qanunsuzluğun qarşısının alınması və torpağın öz təyinatına uyğun şəkildə istifadə olunmasını təmin etmək üçün tədbirlər görülməsini tələb edirlər.
Məsələ ilə bağlı ADSEA və ETSN-nin nə cür addım atacağı hələlik bilinmir.