Vatsapda yeni funksiya

Cəmiyyət
14-10-2024 - 16:54
Vatsap sosial şəbəkəsində vaxtınıza qənaət etməyə kömək edəcək daha bir faydalı funksiya olacaq.
Ajans.az xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Portal mütəxəssislərinin fikrincə, vatsap sürətləndirilmiş rejimdə videolara baxmaq imkanı əlavə edəcək. İstifadəçilər videonun oxudulmasını 1,5 və ya 2 dəfə sürətləndirə biləcəklər.
Yenilik vatsapın beta versiyasında iOS cihazları üçün 24.20.78 nömrəsi altında aşkar edilib. Onun bütün sosial şəbəkə istifadəçiləri üçün nə vaxt əlçatan olacağı hələ dəqiqləşməyib.
Mövzular:
Oxşar xəbərlər
"Azərsun" Kağız Karton İstehsalat Korporasiyasına mediatur təşkil olunub - FOTOLAR
Cəmiyyət14:31 / 28-04-25