Van Damm insan alveri iddialarına CAVAB VERDİ

80-90-cı illərin kült döyüş filmləri ilə tanınan aktyor Jan-Klod Van Dammın agenti sənətçinin Rumıniyada cinayətkar insan alveri şəbəkəsinin xidmətlərindən istifadə etməsi ilə bağlı ittihamları şərh edib.
Ajans.az xəbər verir ki, onun sözlərini “People” nəşri sitat gətirir.
"Biz Kannda Jan-Klod Van Dammın iştirak etdiyi iddia edilən hadisələrdən xəbərdar olmuşuq. O, bu absurd və əsassız şayiələri şərh etmək və ya qızışdırmaq istəmir", - aktyorun nümayəndəsi bildirib. O qeyd edib ki, mətbuatda yayılan faktlar qroteskdir və heç nə ilə dəstəklənmir.
Aprelin 2-də Van Dammın yetkinlik yaşına çatmayanlar da daxil olmaqla insan alverində iştirakda ittiham olunduğu bildirilir. İddialara görə, aktyor Kannda rumıniyalı beş gənc qızla birlikdə müdafiəsiz vəziyyətdə olub. Ona qarşı irəli sürülən ittihamları belə görüşlərdə iştirak edənlərdən biri də təsdiqləyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.