Zelenski London görüşünün tarixini açıqladı

Zelenski London görüşünün
Gündəm 21-04-2025 - 23:48

"Böyük Britaniyanın baş naziri Starmerlə danışdım. Yaxşı və ətraflı söhbət oldu. Bu çərşənbə günü (23 aprel) nümayəndələrimiz Londonda görüşəcəklər".

Ajans.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkədə yazıb.

“Ukrayna, Böyük Britaniya, Fransa və ABŞ – biz qeyd-şərtsiz atəşkəsə nail olmaq, sonra isə real və davamlı sülh yaratmaq üçün əvvəlki kimi ən konstruktiv şəkildə irəliləməyə hazırıq. Kömək edən bütün tərəfdaşlarımıza təşəkkür edirəm. Şərtsiz atəşkəs sülhə doğru ilk addım olmalıdır və bu Pasxa açıq şəkildə göstərdi ki, müharibəni uzadan Rusiyanın hərəkətləridir”, - deyə Zelenski qeyd edib. 

PAYLAŞ: