14 yaşlı ana tualetdə uşaq doğub, zibilə atdı - DƏHŞƏTLİ HADİSƏ

14 yaşlı ana tualetdə uşaq doğub, zibilə atdı -
Dünya 21-04-2025 - 18:16

Türkiyənin Karaman şəhərində cəmiyyətə sarsıdıcı təsir göstərən bir hadisə baş verib. Karaman Təhsil və Araşdırma Xəstəxanasının tualetində 14 yaşlı bir qızın doğuş etdiyi üzə çıxıb.

Ajans.az xəbər verir ki, hadisə xəstəxanada çalışan təmizlik işçisinin zibil qutusunda körpə meyiti tapması ilə ortaya çıxıb.

Təmizlik işçisi gündəlik işini gördüyü zaman zibil qabında yeni doğulmuş körpənin cansız bədənini aşkar edib və dərhal xəstəxana rəhbərliyinə məlumat verib. Bildiriş üzərinə polis və təcili tibbi yardım qrupları hadisə yerinə cəlb olunub. İlkin araşdırmalara əsasən, körpənin doğulduqdan qısa müddət sonra həyatını itirdiyi müəyyən edilib.

Polis əməkdaşları doğuşu həyata keçirən 14 yaşlı M.N. adlı qızı saxlayıb. Hadisə ilə bağlı həm hüquqi, həm də inzibati istintaq başladılıb. Yeniyetmə qızın hər hansı cinsi istismara məruz qalıb-qalmadığı isə həm hüquq-mühafizə orqanları, həm də Ailə və Sosial Xidmətlər İdarəsinin əməkdaşları tərəfindən hərtərəfli şəkildə araşdırılır.

Ajans Old user
Vəzifəsi: Müxbir
PAYLAŞ: