Papa niyə öldü? - Səbəblər açıqlandı

Papa niyə öldü? -
Gündəm 21-04-2025 - 22:46

Roma Papası Fransiskin ölüm səbəbləri açıqlanıb.

Ajans.az  xəbər verir ki, Vatikanın Səhiyyə İdarəsinin direktoru Andrea Arkangelinin məlumatına görə, papanın ölümünə insult, koma və ürək-damar çatışmazlığı səbəb olub. 

Tibbi sənəddə deyilir ki, Papa əvvəllər ikitərəfli multimikrob pnevmoniya, çoxsaylı bronxoektaziya, arterial hipertoniya və II tip şəkərli diabet səbəbindən kəskin tənəffüs çatışmazlığı keçirib.

PAYLAŞ: