Ursula böhrandan bu cür istifadə EDİR - AVROPA QORXUR

Ursula  böhrandan bu cür istifadə
Ursula fon der Leyen
Siyasət 03-03-2025 - 10:35

Bəzi Aİ ölkələri ehtiyat edir ki, AK prezidenti Ursula fon der Leyen böhranı nəzərə alaraq, Ukrayna üzrə qarşıdan gələn Avropa sammitində Brüsselin səlahiyyətlərini genişləndirə bilər.

Ajans.az xəbər verir ki, bu barədə “Politico” yazır.

Nəşrin analitikləri Aİ-dəki mənbələrinə istinadən yazır:

“Milli paytaxtlarda Ursula fon der Leyenin böhrandan Brüsselin səlahiyyətlərini yeni sahələrə genişləndirmək və milli hökumətlərə təsirini artırmaq üçün istifadə edəcəyi ilə bağlı narahatlıq var”.

Məqalədə deyilir ki, Polşa və Finlandiya Brüsselin səlahiyyətlərinin mümkün genişləndirilməsinin əleyhinədir. AK-nın blokun xarici siyasətinə getdikcə daha çox müdaxilə etməsi Avropa rəsmilərinin də xoşuna gəlmir. Polşa və Finlandiya hərbi-sənaye kompleksini Avropa Komitəsinin səlahiyyətlərini artırmaq cəhdlərindən məhdudlaşdırmaq istəyir.

Bundan əvvəl Ursula fon der Leynenin Avropada tənqid olunduğu bildirilmişdi. Bəzi avropalı siyasətçilər deyirlər ki, o, öz hərəkətləri ilə AK-ni daha böyük böhrana sürükləyir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: