Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar TƏBİB-in kollektivi Fəxri xiyabanı ziyarət ediblər

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar TƏBİB-in kollektivi
Gündəm 12-12-2024 - 20:31

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcraçı direktorun müavini və müşavirləri, eləcə də struktur bölmə rəhbərlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyaban ziyarət olunub.

Ajans.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb, məzarı önünə gül dəstələri düzülüb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə güllər düzülüb.

PAYLAŞ: