Ulduzlararası "tunel" kəşf olunub
Alimlər Günəş sistemində digər ulduz sistemlərinə bağlanan “tunel” kəşf etdiklərini bildiriblər.
Ajans.az xəbər verir ki, “Astronomy & Astrophysics” adlı elmi jurnalda dərc olunan məqalədə tunelin Günəş sistemi ilə digər bir ulduz sisteminin arasında yerləşdiyi ehtimal olunur. Ehtimallar öz təsdiqini taparsa, bu tunel vasitəsilə digər sistemlərlə əlaqə yaratmaq və ya daha çox məlumat almaq mümkün olacaq.