Ukraynaya yenə raket zərbələri ENDİRİLDİ

Ukraynaya yenə raket zərbələri
Ukrayna
Dünya 07-03-2025 - 09:32

Cümə günü, martın 7-də səhər saatlarında Ukraynanın enerji və qaz obyektlərinə kütləvi raket zərbələri endirilib.

Ajans.az xəbər verir ki, bu barədə ölkənin energetika naziri German Qaluşenko sosial şəbəkələrdə məlumat verib.

“Yenə Ukraynanın müxtəlif regionlarında enerji və qaz infrastrukturu kütləvi şəkildə hücuma məruz qalıb”, – Qaluşenko yazıb.

Rəsmi xəbərdarlıq edib ki, enerji sistemində vəziyyət dəyişə bilər.

Xatırladaq ki, Ukraynanın hərbi sənaye obyektlərinə və Ukrayna Silahlı Qüvvələrinin aviabazalarına ən güclü kütləvi zərbələrdən biri Rusiya Silahlı Qüvvələri tərəfindən 2024-cü il iyulun 8-də səhər saatlarında həyata keçirilib. Rusiya Hərbi Departamentinin məlumatına görə, Kiyev rejiminin Rusiyanın enerji sektoruna və iqtisadiyyatına zərər vurmaq cəhdlərinə cavab olaraq hədəflərə yüksək dəqiqlikli silahlarla hücum edilib.

Qeyd edək ki, Rusiya hərbçiləri 2022-ci il oktyabrın 10-dan - Krım körpüsündə Rusiya hakimiyyətinin məlumatına görə, Ukrayna xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən terror aktından iki gün sonra Ukrayna infrastrukturuna zərbələr endirir. Energetika, müdafiə sənayesi, hərbi komandanlıq və rabitə obyektlərinə zərbələr endirilir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: