Ukrayna XİN vətəndaşlarını bu ölkəni tərk etməyə ÇAĞIRIB

Ukrayna XİN vətəndaşlarını bu ölkəni tərk etməyə
Gündəm 06-12-2024 - 23:28

Ukrayna Xarici İşlər Nazirliyi Suriyadakı vətəndaşları təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar ölkəni tərk etməyə çağırıb.

Ajans.az xəbər verir ki, bu barədə Ukraynanın Livandakı səfirliyi məlumat yayıb. 

“Səfirlik Suriyada qalmağa qərar verənlərə insanların sıx olduğu yerlərdən uzaq durmağı, mitinq, nümayişlərdə iştirak etməməyi, təhlükəsizlik tədbirlərinə və qaydalarına riayət etməyi, yaşayış yerini tərk etməməyi, hər zaman yanında sənədlər gəzdirməyi və ölkədə qalma müddətinin qısaldılması ehtimalını nəzərə almağı tövsiyə edir”, - məlumatda ​​deyilir.

PAYLAŞ: