Ukrayna xalqı artıq Zelenskiyə güvənmir
Ukraynalılar ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnıya və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanova respublika prezidenti Vladimir Zelenskidən daha çox güvənir.
Ajans.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Bildirilib ki, respondentlərin 72 faizi Zalujnıya, 55 faizi isə Budanova etibar edir. Eyni zamanda, Zelenskiyə etimad səviyyəsi 44 faizdir. Bundan əlavə, respondentlərin 33 faizi Ukrayna Silahlı Qüvvələrinin (AFU) Ali Baş Komandanı Aleksandr Sırskiyə güvənir.
Həmçinin sorğu məlumatları göstərir ki, Zalujnı Ukrayna prezidenti postuna mümkün namizədlər arasında liderdir. Respondentlərin 27 faizinin ona səs verəcəyi qeyd olunur. Ukraynalıların 16 faizi Zelenskinin yenidən seçilməsinə razılıq verib. Sonrakı sırada Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko gəlir, respondentlərin 7 faizi onu dəstəkləyir.