Ukrayna-Rusiya müharibəsi davam edir - 160 ÖLÜ
Ukrayna ordusu son 24 saat ərzində Rusiyanın “Şərq” döyüş qrupunun məsuliyyət zonasında 160-a qədər əsgər itirib.
Ajans.az xəbər verir ki, bu barədə TASS-a döyüş qrupunun mətbuat katibi Oleq Çexov bildirib.
“Düşmən 24 saat ərzində 160-a qədər canlı qüvvə, bir T-64 tankı, bir piyada döyüş maşını, “MaxxPro” zirehli döyüş maşını, “Sezar” özüyeriyən sistemi, M198 haubitsa, “Akatsiya” özüyeriyən artilleriya sistemi və səkkiz döyüşçünü itirib”, - deyə, katib bildirib.
Rusiyanın “Şərq” döyüş qrupunun bölmələri xüsusi hərbi əməliyyatın keçirildiyi ərazidə hərbi tapşırıqları yerinə yetirməkdə davam edir. Dinamik hərəkətlər nəticəsində qrupun bölmələri ön mövqelərini yaxşılaşdırıb, düşmənin irəli mövqelərini möhkəmlətməsinin qarşısını alıb.