Ukrayna danışıqlarında bu ölkə vasitəçi OLACAQ

Səudiyyə Ərəbistanı hakimiyyəti Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda vasitəçi olmaq istədiklərini açıqlayıb.
Ajans.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
“Səudiyyə rəsmisi bildirib ki, krallıq sadəcə qonaq qəbul etməkdən daha çox şey etmək niyyətindədir. Ər-Riyad vasitəçi rolunu oynayacaq. Səudiyyə Ərəbistanı komandasına ölkənin milli təhlükəsizlik müşaviri rəhbərlik edəcək”, - mənbə telekanala bildirib.
Fevralın 14-də Səudiyyə Ərəbistanı ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında sammitə ev sahibliyi etməyə razılaşıb.
Daha sonra Ukrayna ilə bağlı Rusiya və Amerika nümayəndələri ilə danışıqların çərşənbə axşamı, fevralın 18-də Ər-Riyadda aparılacağı açıqlanıb. Qeyd olunur ki, Amerika tərəfdən dövlət katibi Marko Rubio, ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Uolz və ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun iştirakı gözlənilir.