Ucarda sanitariya-gigiyena qaydalarını pozan şəxslərlə bağlı tədbir görüldü

Ucarda sanitariya-gigiyena qaydalarını pozan şəxslərlə bağlı
Ucar
Hadisə 17-11-2024 - 12:04

Ucarda sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə polisin keçirdiyi tədbir zamanı bir neçə ünvanda məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.

DİN Mətbuat Xidmətindən Ajans.az-a verilən məlumata görə, yaranmış antisanitar vəziyyət polisin müşayəti ilə əraziyə cəlb olunan aidiyyəti dövlət orqanları tərəfindən aradan qaldırılıb.

Antisanitar hallara yol verən şəxslər barəsində müvafiq tədbirlər görülüb.

PAYLAŞ: