Türkiyədə dəhşətli QƏZA - 19 yaralı VAR

Türkiyədə dəhşətli QƏZA -
Türkiyə
Hadisə 04-03-2025 - 16:54

Manisada fabrikə işçi aparan iki xidməti mikroavtobusun toqquşması nəticəsində 19 nəfər xəsarət alıb.

Ajans.az xəbər verir ki, qəza təhlükəsizlik kameralarına düşüb. 

Qəza ilə bağlı araşdırmalara başlanılıb. Qəza saat 08:30 radələrində Yunusemre rayonundakı mütəşəkkil sənaye zonasında baş verib. Mövlud Çaparın idarə etdiyi 45 J 5875 dövlət nömrə nişanlı mikroavtobus idarə olunmayan yol ayrıcında Hüsnü Özsüpürgecinin idarə etdiyi 45 J 1143 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.

Qəzada 2 sürücü və 17 işçi yaralanıb. Ətrafdakı insanların xəbəri üzərinə qəza yerinə çox sayda sağlamlıq, xilasetmə və jandarma qrupları sövq edilib. Yaralılardan 19-u təcili yardımla ətraf xəstəxanalara aparılıb. Yaralıların səhhətinin yaxşı olduğu öyrənilib.

Qəza zavodun təhlükəsizlik kamerasına düşüb. Görüntülərdə mikroavtobusların toqquşması və nəqliyyat vasitələrinin çölə atıldığı görünür.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: