Türkiyədə avtobus beton səddə çırpıldı: yaralılar var

Bu gün Ankaranın Gölbaşı rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
Ajans.az xəbər verir ki, Adanadan paytaxta doğru hərəkət edən sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək beton səddə çırpılıb.
Nəticədə 16 nəfər yaralanıb, sərnişinlərdən 5 nəfərin isə vəziyyəti ağırdır.
Hadisə baş verən əraziyə polis və tibbi briqadalar cəlb olunub.
Məlumata görə, qəza baş verən an avtobusda 32 sərnişin olub.