Türkiyə ABŞ-nin Rusiyaya qarşı sanksiya təzyiqinə boyun əymədi - Politoloq
“Türkiyə ABŞ-nin Rusiyaya qarşı sanksiya təzyiqinə boyun əymədi, çünki Moskva ilə Ankara arasında güclü etimad var”.
Ajans.az xəbər verir ki, bunu Türkiyənin Optimar İctimai Rəyin Öyrənilməsi Mərkəzinin rəhbəri Hilmi Daşdəmir deyib.
“Bunun (sanksiyaların tətbiqi) aradan qaldırılması üçün qlobal miqyasda müxtəlif addımlar atılır. Amma vəziyyətə nəzər salsanız, Türkiyənin ABŞ-nin sanksiya təzyiqinə tamamilə boyun əydiyini söyləməyə ehtiyac yoxdur”, - deyə, politoloq bildirib.
Daşdəmir Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması ilə bağlı vəziyyəti də xatırladıb. Onun sözlərinə görə, ABŞ-nin bu tip silahları əldə etməmək şərtlərinə baxmayaraq, Türkiyə tərəfi onlara öz maraqlarından çıxış edərək yiyələnib.