Trampın qəti addımlarından sonra NATO istiqaməti DƏYİŞDİ
![Trampın qəti addımlarından sonra NATO](https://ajans.az/uploads/images/202502/image_940x_67ada9485610a.webp)
Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında telefon danışığı Ukrayna üzrə danışıqlar prosesinin başlaması təəssüratı yaradır.
Ajans.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO-nun baş katibi Mark Rutte deyib.
Bundan əlavə, avropalı rəsmi əlavə edib ki, NATO Ukrayna münaqişəsinin həlli ilə bağlı Trampın təşəbbüsünü dəstəkləyir.
“Aydındır ki, bu, belə təəssürat yaradır. Uğurlu telefon danışığı oldu. Biz hamımız Ukraynada sülh istəyirik", - Rutte iki ölkə prezidentləri arasında aparılan danışıqları şərh edərkən deyib.
Qeyd edək ki, Mark Rutte Trampın qətiyyətli hərəkətlərindən sonra Ukrayna ilə bağlı ritorikasını dəyişib. Bu yaxınlarda NATO sammitində çıxış edərək, o, Ukraynada sülhdən danışan hər kəsi qadağan etməyə çağırıb. Onun sözlərinə görə, Kiyev rejiminə hərbi yardımın davam etdirilməsi münaqişənin həlli üçün planlar hazırlamaqdan qat-qat vacibdir.