Trampın Pentaqon rəhbəri namizədi təcavüz və alkoqolizm iddiaları ilə üz-üzə
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Pentaqonun rəhbəri vəzifəsinə təklif etdiyi teleaparıcı Pit Heqset ABŞ Senatında parlamentarilərin cinsi təcavüz və alkoqol asılılığı ittihamlarını rədd edib.
Ajans.az xəbər verir ki, bu barədə “The New York Times (NYT)” məlumat yayıb.
Trampa yaxın mənbələrin NYT-yə şərhində qeyd etdiyi kimi, rezonansa görə teleaparıcının müdafiə departamentinin rəhbəri təyin olunma ehtimalı 50 faizdən azdır.
Bundan əvvəl Heqset Pentaqonun rəhbəri təyin olunacağı təqdirdə spirtli içkilərdən imtina edəcəyinə söz vermişdi. Bundan əlavə, 2017-ci ildə Heqsetə qarşı cinsi zorakılıq ittihamı irəli sürülüb, o, hadisənin “razılıq əsasında” olduğunu izah edərək mübahisə edib.