Trampı tənqid edənlər həbs olunacaq?
Seçkilərdə qalib gələn Respublikaçı Donald Trampı tənqid edən Amerika rəsmiləri həbslərə hazırlaşmağa və təcili tədbirlər görməyə başlayıblar.
Ajans.az xəbər verir ki, bu barədə Guardian qəzeti məlumat yayıb.
Qeyd edilir ki, Trampın əleyhdarları hadisələrin inkişafı üçün “daha çox sürreal və distopik ssenarilərə” yol verir, o cümlədən “açıq zorakılığı” istisna etmirlər. Kaliforniyalı konqresmen Jared Huffmanın sözlərinə görə, onun bir çox həmkarları onlara, qohumlarına və işçilərinə qarşı “daimi zorakılıq təhlükəsi altında yaşayırlar”.
Trampın qələbəsi xəbəri Federal Təhqiqatlar Bürosunu da (FTB) təşvişə salıb. Departament siyasətçi hakimiyyətə gəldikdən sonra kütləvi ixtisarlardan ehtiyat edir.