Tramp TikTok-un ABŞ-da fəaliyyətini daha 75 gün uzadıb

Gündəm
04-04-2025 - 23:47
ABŞ Prezidenti Donald Tramp TikTok sosial şəbəkəsinin ABŞ-da fəaliyyətini daha 75 gün uzadıb.
Ajans.az xəbər verir ki, O, bu barədə “Truth Social”da yazıb.
“Mənim administrasiyam TikTok-u xilas etmək üçün müqavilə üzərində çox ciddi iş aparıb və biz böyük irəliləyiş əldə etmişik. Razılaşma əlavə səylər tələb edir. Buna görə də mən TikTok-un fəaliyyətinin daha 75 gün uzadılmasına dair sərəncam imzalayıram”, - Tramp qeyd edib.
Mövzular:
Oxşar xəbərlər
Prezidentin köməkçisi: "Ermənistan tərəfindən dezinformasiya kampaniyaları davam edir"
Gündəm17:08 / 13-12-24