Tramp NATO müttəfiqlərindən Ukraynaya xərcləri artırmağı TƏLƏB ETDİ

Tramp NATO müttəfiqlərindən Ukraynaya xərcləri artırmağı
Tramp
Siyasət 21-01-2025 - 10:26

ABŞ-nin NATO müttəfiqləri Ukraynanın üzərinə daha çox yük götürməli və Kiyevə yardımlarını Vaşinqtonla bərabərləşdirməlidirlər.

Ajans.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

"NATO daha çox pul ödəməlidir və onlar hesabı bərabərləşdirməli olacaqlar", - deyə Tramp bildirib.

Amerika lideri bildirib ki, ABŞ Ukraynaya yardım üçün digər NATO ölkələrindən 200 milyard dollar çox xərcləyib. Trampın fikrincə, Ukrayna münaqişəsi Avropa ölkələrinə daha çox təsir etdiyi üçün belə fərq “gülüncdür”. O əlavə edib ki, münaqişə “mümkün qədər tez” həll olunmalıdır.

Bundan əvvəl Trampın prezidentliyinin ilk 47 dəqiqəsində onlarla sənəd imzaladığı məlum olub.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: