“TikTok” əməliyyatlarında saxlanılan daha 3 nəfər həbs edildi
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan daha 3 nəfər də nəfər həbs edilib.
Ajans.az xəbər verir ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Cinayət işi üzrə həmin əməllərdə təqsirli olan Azər Zahidlə yanaşı, onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları da həbs ediliblər.
İstintaq tədbirləri davam etdirilir.