Təyyarə qəzaya uğradı, ölən var

Rusiyanın İrkutsk əyalətində Tu-22M3 təyyarəsi qəzaya uğrayıb, bir pilot həlak olub.
Ajans.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumdan bildirilib ki, strateji raketdaşıyan Tu-22M3 təyyarəsi İrkutsk əyalətinin insanlar olmayan ərazisində planlı təlim-məşq uçuşu zamanı qəzaya uğrayıb. 4 ekipaj üzvü katapult edə bilib, lakin ekipajın komandiri həlak olub.
İlkin məlumatlara görə, hadisəyə səbəb texniki nasazlıq olub.
Mövzular:
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzində "Qəlbim sənindir” nadir incəsənət kompozisiyasının təqdimatı olub
Gündəm20:42 / 01-04-25