Təyyarə ilə sərnişindaşımalar 40%-dək artıb

Təyyarə ilə sərnişindaşımalar 40%-dək artıb
Cəmiyyət 15-10-2024 - 10:39

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 028,3 min və ya 39,5% çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Ajans.az-a verilən məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

“Bu nəqliyyat növü ilə yükdaşıma 18,5% artaraq 306 min ton olub”, - məlumatda qeyd olunur.

PAYLAŞ: